“Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar” kitabının təqdimat mərasimi keçirilib
Bu gün "Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, kitabın müəllifləri – "Qafqaz və Qloballaşma" elmi məcmuəsinin baş redaktoru Nazim Müzəffərli bildirib ki, kitab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeni aspekti – münaqişə başa çatdıqdan sonra fiziki infrastruktur və institusional yenidənqurma məsələlərinin təhlilinə həsr edilib. Tədqiqat əsəri Dünya Bankı tərəfindən dünyanın müxtəlif regionlarında münaqişə sonrası yenidənqurma təcrübələri ilə bağlı araşdırmalar əsasında hazırlanıb.
Digər müəllif Qafqazın Strateji Tədqiqatları İnstitutunun (QSTİ) direktoru Eldar İsmayılov isə bildirib ki, kitabda münaqişənin başa çatmasından sonra azad olunacaq Azərbaycan ərazilərində infrastrukturun bərpası, əhalinin köçürülməsi, normal yaşayışın təmin edilməsi və iş yerlərinin yaradılması ilə bağlı konseptual məsələlər öz əksini tapıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, millət vəkilləri, ictimai-siyasi xadimlər, ziyalılar iştirak edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB