Payız fəsli yaşamağımıza baxmayaraq hələ ölkə ərazisində yay fəslinə xas hava şəraitini müşahidə olunmaqdadır. Hava şəraitinin dəyişkən keçməsi ölkə ərazində infeksion xəstəliklərə yoluxma hallarını artırıb. Qrip virusuna yoluxanlar arasında ağırlaşma halların olması ilə bağlı məlumat aldıq. Xəstələr əsasən yuxarı tənəffüs orqanlarında olan problemlərdən əziyyət çəkirlər. Qripin ağır formalarında xəstələrdə əzələ, oynaq, baş, boğaz ağrıları, iştahasızlıq, gözlərdə qızartı, quru öskürək də müşahidə olunur.
İsti çay qripi müalicə etmir
5 saylı şəhər poliklinikasının həkimi Zemfira Qurbanova
bildirdi ki, sentyabr ayından poliklinikaya qrip və soyuqdəymə ilə müraciət edənlərin sayı artıb: \"Ümumiyyətlə payız qrip mövsümü kimi də xarakterizə olunur. Bu fəsildə qrip infeksiyaları daha çox yayılır. Buna səbəb isə yay fəslindən sonra insanların qapalı məkanlarda cəmləşməsidir. Qapalı yerlərdə otaqlarda havanın quru olması virusların uzun müddət yaşamasına şərait yaradır. Əgər otaqda olan bir nəfər qripə yoluxubsa, qrip virusu insandan-insana çox asanlıqla - tüpürcək damcıları, öskürək və asqıraq yolu ilə ötürülür. Qapalı şəraitdə viruslar hətta qrip olan insanın tutduğu qapı dəstəyi, telefon dəstəyi də keçə bilər. İctimai nəqliyyat, məktəb və insanların sıx toplaşdığı digər məkanlar da, qripin yayılması üçün münbit məkandır".
Həkim qripə yoluxmanın ilkin əlamətləri və sonra baş verə biləcək fəsadları haqda da məlumat verdi: "Qripə yoluxanlarda ilk öncə başağrısı, titrəmə və öskürək müşahidə olunur. Vaxtında infeksiyanın qarşısı alınmazsa yüksək hərarət, əzələ və oynaq ağrıları, yuxarı tənəffüs orqanlarının iltihabı, nəfəs almada çətinləşmə, iştahasızlıq, həddindən artıq halsızlıq müşahidə edilir. Əksər hallarda ürəkbulanması, qusma və ishal halları da baş verir. Xəstəliyin ömrü böyüklərdə 3 - 5, uşaqlarda 7 günədək davam edir. Əgər orqanizmdə qripdən başqa digər xəstəlik varsa, bu zaman həmin xəstəliyin də kəskinləşməsi baş verə bilər. Bəziləri qripə səthi yanaşır və ev şəraitində isti və ya mürəbbəli çay içməklə problemə son qoyulacağını düşünür. Ancaq qrip virusu tamamilə müalicə olunmazsa daxili orqanlara ciddi fəsad verə bilər.
Burnunuza sabun qoyun!
Mütəxəssis bu fəsildə orqanizmi viruslardan qorumaq üçün immunitetin möhkəmləndirilməsinin zəruri olduğunu dedi: "Qripdən qorunmaq üçün ilk növbədə C vitamini ilə zəngin olan qidalar qəbul etmək lazımdır. İtburnu, kök, soğan, sarımsaq, portağal, limondan bu baxımdan çox xeyirlidir. Menyu meyvə, tərəvəzlə də zəngin olmalıdır. Qripə yoluxmaqdan qorunmaq üçün gün ərzində 10 - 12 stəkan su içilməlidir. Bu zaman tənəffüs orqanları hüceyrələrinin nəmli olması virusa qarşı müqavimət göstərir. Həmçinin idman, hər səhər soyuq duş qəbul etmək, stressdən uzaq olmaq da infeksiyaya müqaviməti gücləndirir. Siqaret çəkmək də eynilə stress kimi bədəndə müqaviməti azaldır. Çünki virus dolu damcılar siqaret çəkilən mühitdə tüstüyə yapışır və tənəffüs yolları ilə orqanizmə daxil olur.
Qripə ictimai yerdə yoluxmamaq üçün küçəyə çıxmazdan əvvəl adi sabundan kiçik bir hissə kəsib qısa müddətə buruna qoymaq da qripə qarşı kəskin mübarizə üsuludur. Çünki burun sabundan qıcıqlanır və qripə qarşı təbii dərman - interferon ifraz etməyə başlayır. Qripə yoluxmuş insanla qucaqlaşmaq, epidemiya vaxtlarında iş yerlərində bir çox şəxsin istifadə etdiyi cihazlardan yararlanmaq xəstəliyə yoluxmaq riskini çoxaldır. Bu səbəbdən təmizliyə fikir verin, şəxsi gigiyenanı qoruyun və otağın havasını tez-tez dəyişin.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB