Əlil uşaqların təhsilə cəlb olunması üçün proqram hazırlanıb

Əlil uşaqların təhsilə cəlb olunması üçün proqram hazırlanıb

"Azərbaycanda 60 mindən çox əlil uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır. İnternatda təhsil alan uşaqlardan 1353-ü gecələr də həmin məktəblərdə qalır. 7750 əlil uşaq evdə təhsil alır, 268 uşaq isə inklüziv təhsilə cəlb edilib".SİA-a xəbər verir ki, bunu təhsil naziri Misir Mərdanov Bakıda keçirilən "İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə deyib.Nazir bildirib ki, əlil uşaqların inklüziv təhsilə cəlb olunması üçün yeni layihə və proqramlar hazırlanır: "Bu məqsədlə YUNİSEF-in texniki dəstəyi ilə dövlət proqramı hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə