Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün yarımadanın bəzi yerlərində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə gecə və səhər arabir güclənən qərb küləyi əsəcək, gündüz zəifləyəcək.
Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 19-24 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi- meteoroloji proqnozına gəlincə bu gün və sabah Abşeron yarımadasında meteoroloji amillərin iqlim norması daxilində tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB