Müstəqilliyimizin 20-ci ildönümü Şirvan şəhərində qeyd edilib - FOTOSESSİYA

Müstəqilliyimizin 20-ci ildönümü Şirvan şəhərində qeyd edilib - FOTOSESSİYA

Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü Şirvan şəhərində qeyd edilib. SİA-nın Aran bürosunun məlumatına əsasən, şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə şəhidlər xiyabanını, sonra Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Bayram tədbirinin rəsmi hissəsində Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması və əldə saxlanılmasından danışaraq bildirib ki, xalqımız uzun illər azadlığın həsrətini çəkərək nəhayət 1991-ci ildə apardığı mübarizənin nəticəsində istiqlalını əldə edə bildi. Müstəqilliyin ilk illərində respublikamızda yaranmış ağır siyasi vəziyyət suverenliyimizi təhlükə qarşısında qoydu. O zaman xalqımızın dahi oğlu Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizin qorunub saxlanılması və əbədi olmasına zəmanət verdi. Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında müstəsna xidmətləri xüsusi vurğulanmalı və xalqımız tərəfindən layiqincə qiymətləndirilməlidir. Bu yolda hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev siyasi kursunun yaşamasında öz töhvələrini verirlər, deyən şəhər rəhbərliyi çıxışını sakinləri bayram münasibəti ilə təbrik etməklə yekunlaşdırıb.

Şirvan şəhərini Milli Məclisdə təmsil edən deputat Azay Quliyev də tədbirdə çıxış edərək Azərbaycanın müstəqil dövlət kimi 20 il ərzində keçdiyi yollardan və ölkə rəhbərliyinin yürütdüyü sərbəst siyasətdən ətraflı bəhs edərək şərh və mülahizələrini bildirib. Bayram tədbirində YAP sıralarına qəbul olunan bir qurup gəncə partiya vəsiqələri təqdim olunub. Müstəqillik illərində çalışan ziyalılara və zəhmətkeşlərə də hədiyyələr təqdim olunub.

Tədbir respublikamızın tanınmış müğənillərinin hazırladığı konsert proqramı ilə davam edib.

Sonda atəşfəşanlıq olub.


İQBAL


Bütün xəbərlər Facebook səhifəmizdə