Elmar Məmmədyarov Argentinanın xarici işlər üzrə katibinin müavini ilə görüşüb

Elmar Məmmədyarov Argentinanın xarici işlər üzrə katibinin müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın xarici işlər üzrə katibinin müavini xanım Norma Nasimbene de Dümontla görüşüb. XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Argentina münasibətləri, iki ölkə arasında mövcud olan müqavilə-hüquq bazasının vəziyyəti müzakirə edilib və bunun genişləndirilməsinin vacibliyi qeyd olunub. Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, qarşılıqlı səfərlərin ölkələrarası münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığını bildiriblər.

Nazir Elmar Məmmədyarov həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumuna dair məlumat verib.

Həmçinin görüş zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə