Şahlar Əsgərov: “Müəllimlərin pensiyası təyin olunarkən kifayət qədər qüsurlara yol verilir”- MÜSAHİBƏ (SƏS TV)
Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi Şahlar Əsgərovun SƏS TV-yə müsahibəsi:
- Müəllimlərə dövlət qulluğu statusunun verilməsi proqramı hazırlanır. Bunun qanun halına salınması nə dərəcədə mümkündür?
- Sözün düzü bu ideyanın müəllifinin kim olduğunu bilmirəm. Güman edirəm ki, onların niyyəti yaxşı istiqamətdədir. Əsas məqsəd cəmiyyətdə müəllimlərin statusunun qaldırılmasıdır. Hesab edirəm ki, burada beynəlxalq təcrübə öyrənilməlidir. Təbii ki, bu məsələ indi də analiz olunmalıdır. Onu da qeyd edim ki, müəllimlərin pensiyası təyin olunarkən kifayət qədər qüsurlara yol verilir.
- Müəllimlərə bu statusun şamil olunması ilə onlar hansı imtiyazları əldə etmiş olacaqlar?
- Yəqin ki, burada maddi imtiyazlar nəzərdə tutulur. Ancaq bunun mənəvi tərəfi də var. Mənəvi tərəfi odur ki, müəllim cəmiyyətin ən hörmətli təbəqəsini təşkil edir. Çünki yaşadığımız zaman intellektə söykənən əsrdir. Buna görə də müəllimlərin statusunun artırılmasına böyük ehtiyac var. Maddi təminat burada əsas deyil.
- Təhsil Nazirliyinin adının dəyişdirilərək Elm və Təhsil nazirliyi adlanması və elmi müəssisələrin, eləcə də Elmlər Akademiyasının bu nazirliyin tərkibinə verilməsi ideyası sürülüb...
- Bu təklifin ideya müəllifi özüməm. Parlamentdə komissiya rəhbərliyi olarkən bir çox ölkələrin praktikasını öyrənərək şahidi oldum ki, orada da təhsil nazirliyi elm və təhsil nazirliyi kimi adlanır. Bu cür qərarın qəbul edilməsi Elmlər Akademiyasının müstəqil olaraq fəaliyyət göstərməsi kimi də ola bilər. hesab edirəm ki, bu məsələdə pilləli addım atmaq daha məsləhətlidir. 6-7 il bundan əvvəl bu adların verilməsinin tərəfdarı idim. Qaşınmayan yerdən qan çıxartmağa ehtiyac yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB