Azərbaycan Respublíkasi Kínoloqlar Íctímaí Bírlíyí 15-16 oktyabr "KHAZAR 2011" bütün cins itlərin Beynəlxalq Sərgisini keçirəcək. SİA-nın məlumatına görə, sərgidə 40 cinsdə, 130–dən yuxari it iştirak edir.
Azərbaycanda nadir olan doqo arqentino, tüksüz cin iti, boston teryer və sairə kimi cinslər nümayiş olunacaq.
Azərbaycan Respublíkasi Kínoloqlar Íctímaí Bírlíyí tərəfindən keçirilən bu sərgilər seleksiyaçı-yetişdiricilər, klub idarəedicilərinin, təlimçi və ekspertlərin hazırlıq göstəriciləridir.
Sərgidə professional müsabiqələrlə yanaşı, heyvanlara necə düzgün münasibət göstərilməsi təbliğ edilir. Burada müxtəlif sosial təbəqədən olan insanlar, fərqli peşə sahibləri, müxtəlif yaş qrupları, əsasən də bir çox ölkə nümayəndələri iştirak edirlər.
Müəyyən olunan sistemə əsasən namizədlər təltif olunmuş titullari toplayaraq Azərbaycan və ya Beynəlxalq cempion adını qazana bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB