Gəncə Avtomobil Zavodunda müstəqilliyimizin 20 illiyi qeyd olunub - FOTO
Gəncə Avtomobil Zavodunda müstəqilliyimizin 20 illiyi qeyd olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə millət vəkilləri Siyavuş Novruzov, Xanlar Fətiyev və bir sıra şəhər rəsmiləri, ziyalılar iştirak edib. Bildirilib ki, ölkəmiz 20 illik zaman kəsiyində çətin sınaqlardan üzü ağ çıxıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan hər sahədə inkişaf mərhələsinə qədəm qoyub. Xüsusən sənaye sahəsində yaranan durğunluq aradan qaldırılıb və ölkənin sənaye müəssisələri Avropa dövlətlərinin iri sənaye şirkətləri ilə əməkdaşlıq etməyə başlayıb.
Qeyd olunub ki, müstəqilliyimizin 20-ci ildönümü Avtomobil Zavodunun kollektivi üçün xüsusi önəm daşıyır. Müəssisənin yaradılması və fəaliyyətə başlamasından tam 25 il keçir. Gəncə Avtomobil Zavodunun müstəqillik dönəmində yenidən bərpası da məhz ulu öndərin zəhmətinin bəhrəsidir. Toplantıda digər ziyalılarında fikirləri dinlənib, müstəqillik tariximizə geniş nəzər salınıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB