Ümumrespublika məqalə müsabiqəsinin qalibləri mükafatlandırıldı

Ümumrespublika məqalə müsabiqəsinin qalibləri mükafatlandırıldı

Azərbaycan gənci və tələbəsi analitik düşüncəyə malikdir. Bunu bugün SİA-ya açıqlamasında Strateji Araşdırmalar Mərkəzinin (SAM) daxili siyasətin təhlili şöbəsinin müdiri Tahirə Allahyarova Müstəqilliyimizin 20-ci ildönümünə həsr olunmuş ümumrespublika məqalə müsabiqəsinin qalibləri mükafatlandırılma mərasimində söyləyib: "Azərbaycanda tələbə gənclər arasında bu müsabiqələrin keçirilməsi artıq ənənə şəklini alıb. Bu müsabiqənin əsas məğzi onda idi ki, müstəqillik ilə həmyaşıd olan Azərbaycan tələbə və gənci onun daxilində nələr düşünür və dövlətçiliyin daha da möhkəmləndirilməsinə dair nə kimi düşüncələrə malikdir. Müsabiqə çox geniş oldu həm Azərbaycanda həm xaricdə təhsil alan tələbələrimiz buna çox fəal qoşuldular. Bizim keçirdiyimiz müsabiqənin digər bir fərqi də onda idi ki, biz Azərbaycan gəncinin, tələbəsinin baş verən proseslərə analitik tədqiqat yanaşmasını aşkarlamağa çalışdıq və yüksək meyarlar irəli sürdük"


Bütün xəbərlər Facebook səhifəmizdə