Ümumresublika məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ümumresublika məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı ümumrespublika məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimini keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, millət vəkilləri, ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rektorları, elm və təhsil xadimləri iştirka edib. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq və münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin oxuduqları sahələrdə müstəqilliyin keçdiyi yola dair analitik təhlil qabiliyyətlərinin aşkara çıxarılması idi. Tədbiri giriş nitqi ilə açan Strateji Araşdırmalar Mərkəzi (SAM) direktor müavini Gülşən Paşayeva çıxış edərək bildirdi ki, ümumilikdə münsiflər heyətinə 100 məqalə təqdim olunub. Onlardan 3 sahə üzrə 10-u qalib müəyyən olunub. Qaliblərdən biri iqtisadiyyat üzrə qran-pri mükafatına layiq görülüb. Müsabiqədə ən yaxşı göstərici BDU-ya, ikinci yerdə Prezident yanında Dövlət İdarəçilik Akademiyası, üçüncü yerdə isə Qafqaz universitetinə məxsusdur.Digər çıxış edənlər Millət vəkili Ziyad Səmədzadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov müsabiqənin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bugünki Azərbaycan gəncliyi yüksək səviyyədə dünya arenasında və ölkəmizdə öz bacarıq və qalibiyyətini layiqincə nümayiş etdirib. Məhz bu cür məqalələrin yazılması da Azərbaycanın tədqiqi sahəsində əvəolunmaz bir ideyadır. Hazırda Azərbaycanın dünyada qəbul olunmuş inkişaf modeli mövcuddur. Xaricdə təhsil alan tələbələrimiz Azərbaycanın uğurlarını, tarixi həqiqətlərini bu məqalələrdə əks etdirirək böyük uğurlara imza atıblar.
Mərasimin sonunda isə qaliblərə diplom, sertifikat və mükafatlar təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə