Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Ailə, Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsi "Müstəqil Azərbaycan 20 il: Dövlət, Ailə, Qadın və Uşaq" mövzusunda elmi praktik konfrans keçirib. SİA-nın xəbərinə görə, konfransda Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və digər ictimai-siyasi xadimlər iştirak edirlər. Konfransın keçirilməsində məqsəd 20 il müstəqillik tarixində dövlətin apardığı ailə, qadın və uşaq siyasətinin təhlilinə müvafiq sahələrdə mövcud problemlər və bu problemlərin həlli yollarının müzakirəsidir. Tədbiri giriş sözü ilə açan komitənin sədri Hicran Hüseynova bildirib ki, bu gün Azərbaycan yeni siyasi, iqtisadi sistem qurub və sürətlə inkişaf edərək regionun aparıcı dövlətinə çevrilib. Qazanılan güclü potensial sosial siyasətin prioritet istiqamətini təşkil edən ailə, qadın və uşaq məsələləri həlli üçün də zəmin yaradır.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB