Tailandda ölənlərin sayı 280 nəfəri keçib

Tailandda ölənlərin sayı 280 nəfəri keçib
Tailandda son yüz ildə baş vermiş ən güclü sel nəticəsində ölən insanların sayı 280 nəfəri keçib. Ümumilikdə isə, iyulun sonlarından başlayaraq təbii fəlakət nəticəsində 3 mln. ınsan zərər görüb. SİA İTAR-TASS agentliyinə istinadən bildirir ki, ölkənin ən azı üçdən iki hissəsi su altında qalıb. Sular altında kənd təsərrüfatına məxsus çəltik tarlaları və digər əkin ərazilərinin qaldığı bildirilir. Fəlakət nəticəsində zavod və fabriklər də öz işlərini dayandırıblar. Krallığın bir çox avtomobil yolları axar çaylara çevrilib. Xəbərlər arasında Tailandda fəaliyyət göstərən xarici şirkətlərin də öz işlərini dayandırdıqları yer almaqdadır. Belə ki, Yaponiyanın "Toyota", ABŞ-ən "Vestern Diqital" şirkətləri öz işlərini dayandırmağa məcbur olublar.
Hazırda sular altında ölkənin şimalında, şimal-şərqində və mərkəzi hissələrində 26 əyalət qalmaqdadır. Banqkokun isə qərbi və şərqi hissələri fəlakət nəticəsində yer üzündən silinib.

Bütün xəbərlər Facebook səhifəmizdə