Əsgərimiz yaralandı

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.Hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənilərin açdığı atəş Şükürlü Elnur Arif oğluna dəyib. Ağır yaralanan əsgər hərbi hospitala yerləşdirilib.

E. Şükürlünün 2011-ci ildə Bakının Xəzər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə