Bu günlərdə "Sağlam milli mənəvi dəyərlərimizə əsaslanan ailə institutunun formalaşmasına dəstək üçün ictimai müzakirələrin təşkili" layihəsinin icrasına başlanıb. SİA-nın xəbərinə görə, layihənin əsas məqsədi ailə institutunu möhkəmləndirmək, ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdə nüfuzunun qaldırılmasına yönəltməkdir.
Layihənin əsas vəzifəsi ictimaiyyət arasında "Ailədaxili münasibətlərdə milli-mənəvi dəyərlər" mövzusunda ictimai dinləmələr təşkil etməkdir. Layihənin təsir dairəsinə və layihədə qoyulan problemlərə maraq göstərən Xaçmaz rayon sakinləri keçiriləcək treninqlərə cəlb olunacaqlar.
Layihə 9 noyabrdək həyata keçiriləcək. Layihənin icra müddətində Xaçmaz Rayon İcra Hakimiyyəti və onun qəsəbələrdəki nümayəndəlikləri, Rayon Təhsil Şöbəsi və digər qurumlarla əməkdaşlıq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB