İran etiraz edir
İran ona qarşı sürülən ittihamlarla razılaşmadığını bildirərək, Səudiyyə Ərəbistanından olan diplomatın öldürülməsi cəhdini rədd edir. SİA Lenta.ru-ya istinadən xəbər verir ki, bu ölkənin BMT-dəki nümayəndəsi Məhəmməd Xəzayi qurumun baş katibi Pan Gi Muna ABŞ-la bağlı etiraz məktubu ünvanlayıb. Həmin məktubda bildirilib ki, onun ölkəsi bu utanclı olayı rədd edir, eləcə də bunu siyasiləşdirilmiş motivizasiya qismində görür.
Xatırladaq ki, məsələ ilə bağlı belə bir iddia irəli sürülmüşdür ki, oktyabrın 11-də İran mənşəli iki nəfər- ABŞ vətəndaşı Mənsur Ərbabsiyar irəli sürülən ittihamları qəbul edib və bildirib ki, o, İranın yüksək rütbəli şəxsləri tərəfindən əmrlər alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə