Azərbaycan intiharın sayına görə çox ölkələrdən geridədir

Azərbaycan intiharın sayına görə çox ölkələrdən geridədir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) intihar saylarının daha çox müşahidə olunduğu ölkələrin siyahısına açıqlayıb. SİA-nın məlumatına görə, ÜST-nın açıqladığı siyahıya əsasən, postsovet məkanında intihar hallarının çoxluğuna görə, Litva (hər 100 min nəfərə 71,7 fakt), Rusiya (64,3 fakt) və Belarus (57,5 fakt) ilk üçlükdədir. Daha sonrakı yerlərdə Latviya (48,2 fakt) və Macarıstan da (50 fakt) adı var.

Bu siyahıda Azərbaycandan Ermənistan və Gürcüstandan da sonrakı yerdədir. Ermənistanda intihar hadisələrinin sayı Azərbaycandan 3 dəfə çox, Gürcüstanda isə hər yüz min nəfərə 8,8 nəfər təşkil edir.
Azərbaycanda isə hər 100 min nəfərə 1,3 intihar faktı düşür. Ermənistanda isə bu göstərici 3,9 faktdır.

Bütün xəbərlər Facebook səhifəmizdə