Anadolu xəbər agentliyi Azəraycan agentlikləri ilə əməkdaşlıq edəcək
\"Azərbaycanda fəaliyyət göstərən informasiya agentlikləri ilə əlaqələri daha da genişləndirmək niyyətindəyik\". Bu barədə SİA-ya açıqlamasında Türkiyənin Anadolu Dövlət İnformasiya Agentliyinin baş direktoru Kamal Öztürk deyib. O bildirib ki, yaxın gələcəkdə Anadolu Xəbər Agentliyi olaraq Azərbaycandakı əlaqələri inkişaf etdirmək lazımdır. Onun sözlərinə görə, lazım olduğu təqdirdə rus, Azərbaycan dillərində xəbər bülletenləri çıxarılacaq: "Azərbaycanın bu regionadakı önəmini, əhəmiyyətini və daha da inkişaf edəcəyini bilirik. Biz də ona görə işlərimizi görüb əlaqələri inkişaf etdirəcəyik".
K.Öztürk yeni sosial jurnalsitikanın inkişafına da münasibət bildirib. O qeyd edib ki, yaxın illərdə ənənəvi və yeni sosial jurnalistika birləşərək birgə inkişaf edəcək: "İnternet xəbərçiliyi yaranacaq ki, ənənəvi media özəlliklərini oraya daşıyacaq. İkisi birlikdə inkişaf edəcək, çünki onlar bir-birinin altenativi deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB