Daşkəsəndə 100 uşağa kiçik toy mərasimi keçirilib - FOTO

Daşkəsəndə 100 uşağa kiçik toy mərasimi keçirilib - FOTO
Oktyabr ayının 12-də Daşkəsən rayonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə ümumrayon bayram tədbirləri keçirilib. SİA-nın xəbərinə görə, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə əbədiyaşar ulu öndərimizin Daşkəsən şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül-çüçək dəstələri düzmüş, sonra Heydər Əliyev mərkəzini ziyarət ediblər. Tədbir mədənçilərin mədəniyyət evində davam etdirilib. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş məruzə edib.

Məruzəçi bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirilir. İdman, bilik yarışları, inşa yazı müsabiqələri, idarə, müəssisə və təşkilatlarda dəyirmi masalar, yığıncaqlar təşkil olunub. Həmin tədbirlərin davamı kimi bu gün bu möhtəşəm zala ümumrayon tədbirinə toplaşmışıq.

Tədbir iştirakçılarını təbrik edən icra başçısı daha sonra bildirdi ki, 20 il ölkənin, dövlətin tarixində çox da böyük zaman deyil. Lakin Azərbaycan bu illər ərzində əsrə bərabər böyük bir tarixi yol keçib. Müstəqilliyimizin ən çətin vaxtlarında, xarici və daxili düşmənlərin əhatəsində məhv olmaq təhlükəsi qarşısında qalan Azərbaycanı ulu öndəmiz Heydər Əliyev öz dərin zəkası, uğurlu siyasəti, dönməz iradəsi ilə xilas edib.

Əsası Müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq, milli dövlətçilik siyasəti nəticəsində dövlətimizin hüquqi sosial bazası yaranmış, müstəqilliyi möhməklənmiş, dünya birliyinə intqrasiyası istiqamətində çox ciddi addımlar atılmışdır. Bu gün hər birimiz görürük ki, Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.

Daha sonra məruzə ətrafında rayon ziyalıları da öz fikirlərini bölüşüblər.

Daşkəsən rayonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq 100 nəfər daşkəsənli uşağa kiçik toy mərasimi keçirilib. "Yeni Həyat" şadlıq evində kiçik toy mərasiminin iştirakçılarına ziyafət verilib. Valideynlər Daşkəsən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Toy mərasimindən sonra nəzərdə tutulan silsilə tədbirlərin davamı kimi Heydər Əliyev parkında el şənliyi tanınmış müğənnilər, el aşıqları və incəsənət xadimlərinin iştirakı ilə davam etdirilib. Şənlik atəşfəşanlıqla yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə