Azərbaycan və Avstriya əmək nazirlikləri arasında protokol imzalanıb
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Avstriya Respublikası əmək, sosial Məsələlər və istehlakçıların müdafiəsi naziri Rudolf Hundstorfer arasında görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə hər iki ölkənin sosial-iqtisadi inkişafına dair məlumatlar verilib. Tərəflər nazirliklər arasında bir sıra sahələrdə, o cümlədən məşğulluq siyasəti və əmək bazarı proqramları, ahıl və əhalinin digər həssas qruplarına sosial qayğının göstərilməsi, əlillik siyasəti, əlilliyi olan şəxslərin tibbi-sosial problemlərinin həlli, əlilliyin qiymətləndirilməsi sistemi, əlilliyi olan şəxslər üçün texniki peşə hazırlığı və s. kimi qarşlıqlı maraq doğuran sahələrlə bağlı məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin, əmək və sosial müdafiə siyasəti sahəsində nazirliklər arasında Anlaşma Memorandumun hazırlanması və imzalanmasının məqsədəuyğun olduğunu vurğulayıblar.
Sonda görüşün nəticələrinə dair Protokol imzalanıb. Sənəddə həmçinin əməkdaşlıq məqsədilə ekspertlərin qarşılıqlı səfərlərinin, birgə seminar və konfransların təşkil olunmasının nəzərdə tutulduğu, hər iki tərəfin sözü gedən tədbirlərin həyata keçirilməsinə təkan vermək məqsədilə müvafiq beynəlxalq təşkilatların müxtəlif proqramları və strukturları ilə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində fəallıq göstərəcəyi ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB