Azərbaycan və Fələstin arasında dostluq cəmiyyətinin yaradılması təklif olunub
Fələstinin Azərbaycandakı səfiri Naser Abdel Kərim AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. SİA-nın xəbərinə görə, səfir Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ilə görüşüb.
G.Baxşəliyeva Fələstin səfirinə Şərqşünaslıq İnstitutunda ərəbşünaslıqla bağlı görülən işlər barədə məlumat verib, institutda Fələstinlə də bağlı tədqiqatların aparıldığını vurğulayıb, bir dissertantın Nəzər Qabbaninin yaradıcılığını araşdırdığını nəzərə çatdırıb. O, Azərbaycan xalqının həmişə Fələstin xalqını dəstəklədiyini bildirərək, xalqlarımızın eyni problemlə üzləşdiyini qeyd edib, torpaqların Fələstin torpaqları kimi işğala məruz qaldığını söyləyib.
Naser Abdel Kərim institutla ölkəsinin elmi müəssisələri arasında əlaqələrin qurulmasına və sıx əməkdaşlığın aparılmasına çalışacağını deyib. O, Azərbaycan və Fələstin arasında dostluq cəmiyyətinin yaradılmasını istədiyini söyləyib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB