Bu gün Bakıda hava sabit keçəcək

Bu gün Bakıda hava sabit keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək, bəzi dağlıq və dağətəyi rayonlarda güclü olacaq. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 10-14 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək.


Hava şəraitinin qısa icmalına gəlincə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə