Qadınlar “Azərbaycanda dövlət - qadın siyasəti” mövzusunda bir araya gəldilər - FOTOSESSİYA
Dəyirmi masada millət vəkilləri Jalə Əliyeva, Sevinc Hüseynova, YAP-ın ayrı-ayrı rayon təşkilatlarının sədr və üzvləri, ali məktəb müəllimləri, media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını \"Səs\" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş redaktoru Bəhruz Quliyev salamlayıb. B.Quliyev "Səs" qəzetinin ölkənin ictimai siyasi həyatında baş verən hadisələrlə bağlı hər zaman müxtəlif mövzularda dəyirmi masalar təşkil etdiyini bildirib: "Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş tədbirdə qadınlarımızın fəal iştirakı bir daha sübut edir ki, onların cəmiyyətdə rolu və yükü böyükdür. Onlara indən sonra da müstəqil Azərbaycanın İnkişafı yollunda belə fəal olmalarını arzulayıram".
Sonra dəyirmi masa iştirakçıları Azərbaycanın 20 illik tarixinə nəzər yetirib və bu illər ərzində əldə olunan nəaliyyətlərdən, müstəqillik naminə üzə çıxan problemlər söhbət açıblar.
Millət vəkili Jalə Əliyeva öncə "Səs" qəzetinin redaksiyasını təşəkkürünü bildirib: "Həmişə olduğu kimi ölkəmiz üçün əhəmiyyətli olan günlərdə, tədbirlərdə "Səs" qəzeti dəyirmi masalar təşkil edir və burada səslənən fikirləri ictimaiyyətə çatdırır. Bu cür öncüllük etdiyini üçün təşkilatçılara minnətdaram: "70 il Sovet rejiminin təzyiqi altında yaşayan Azərbaycanlılara 90-cı illərdə yaranan sərbəstlik ab-havası hava su kimi lazım idi. 90-cı illərdə yaranan şəraitdən Azərbaycan bacarıqla yararlandı və öz müstəqilliyini əldə etdi. 91-ci ildə müstəqillik elan edildi. Amma müstəqilliyin bərpası da hələ az idi. 93-cü illərdə ölkədə yaşayan xaotik vəziyyət, Azərbaycanın parçalamaq, dünya xəritəsindən silmək təhlükəsi var idi. Belə bir vəziyyətdə xalqın tələbi və istəyi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi və xalqımız əsl müstəqilliyini əldə etdi. Ulu öndər Azərbaycanın ayaqda qalması, irəli getməsi üçün bütün gücü ilə çalışdı. Bu gün Azərbaycanın bu səviyyə çatması və inkişaf yolunda olması da ulu öndərimizin uzaq görən siyasətinin nəticəsidir".
J.Əliyeva Azərbaycanın müstəqil dövlət olaraq qurulması və dünyanın ən aparıcı dövlətlər sırasına yüksəlməsində də ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan danışdı: "Bu uğurlu siyasəti bu gün ölkə prezidenti İlham Əliyev davam etdirir. Xalqımız ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət sahəsində daha böyük uğurlara imza atacağını inanır".
Azərbaycanın müstəqil dövlət olaraq qurulması və dünyanın ən aparıcı dövlətlər sırasında olmasında ulu öndər Heydər Əliyevin gördüyü işlərdən danışan tədbir iştirakçıları Azərbaycanın gələcəyi, müstəqil dövlət kimi daha böyük uğurlar əldə etməsi naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətini dəstəklədiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB