Nəqliyyat Nazirliyinin göstərişinə uyğun olaraq ölkənin qərb bölgəsi üzrə dəmir yolu vasitəsi ilə nəzərdə tutulan yüklərin daşınması tam yerinə yetirilib. Bu barədə SİA-nın bölgə müxbirinə "Azərbaycan Dəmir Yolları"Qapalı Səhmdar Cəmiyyətinin Qərb bölgəsi üzrə Yükdaşımaları İstehsalat Birliyinin rəis müavini Aydın Məmmədov məlumat verib. Onun sözlərinə görə, qeyd olunan bölgədən təxminən 21 min 700 vaqon yük daşınıb və 13 min 355 vaqon yük boşaldılıb. Əsasən Gürcüstan respublikasına neft məhsulları aparılıb. Eyni zamanda Daşkəsən rayonundan filiz və digər yüklərin də daşınması tam həyata keçirilib. Bundan əlavə qərb bölgəsində sürət qatarlarına hazırlıq işləri də intensivləşdirilib. Müasir surət qatarları üçün dəmir yolları dəyişdirilir. İşlərə Qazax və Ağstafa rayonundan başlanılıb.
Bildirək ki, dəmir yolunun qərb istiqaməti strateji önəm daşıdığından bu istiqamətdən təxminən müxtəlif ölkələrə gün ərzində 100 vaqondan artıq yük və 400-dən çox sərnişin daşınır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB