Abel Məhərrəmov: “Vətəndaşların sosial vəziyyətinin tam düzəlməsi Dağlıq Qarabağ probleminin həlli ilə bağlıdır”

Abel Məhərrəmov: “Vətəndaşların sosial vəziyyətinin tam düzəlməsi Dağlıq Qarabağ probleminin həlli ilə bağlıdır”

"Müəllimlərə dövlət qulluqçusu adının verilməsi və onların ayrıca qrafadan maliyyələşməsi məsələsinin gündəmə gəlməsi təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılacağına stimul yaradır". Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov deyib. A. Məhərrəmov son 15 il ərzində Azərbaycanda təhsil işçilərinin məvaciblərinin yüksəldilməsi istiqamətində az iş görülmədiyini söyləyib: "1995-ci ildə ABŞ-da elmi tədqiqat işləri aparırdım. Çalışdığım institut mənə xüsusi məvacib ayırmışdı. Bir gün məndən tibbi sığorta ilə bağlı Azərbaycanda aldığım məvacibi müəyyənləşdirmək istədilər. Həmin vaxt kimya fakültəsinin dekanı, laboratoriya müdiri vəzifələrini tuturdum və professor idim. Bütün günü məvacibimi deyə bilmədim. Çünki 43 dollardan yuxarı məvacib almırdım. Onlar da mənə 3 min dollar pul verirdilər. Çox narahatlıq keçirdim. Ancaq bu gün həmin vəzifələri tutan şəxs 1000 dollar maaş alır. Tam arxayınam ki, məvaciblərin daha da qaldırılması üçün dövlətimiz, prezident İlham Əliyev əməli addımlar atacaq".


A. Məhərrəmov onu da əlavə edib ki, Dağlıq Qarabağ problemi həll olunduqdan sonra Azərbaycan vətəndaşlarının sosial durumu indikindən 3 dəfə yüksək olacaq: "Hər halda hər şeyi birdən həll etmək mümkün olmur Əgər məsələ yaxın zaman çərçivəsində həll ediləcəksə deməli həmin zamanda sözü gedən məsələni də həll olunmuş hesab edin".

Bütün xəbərlər Facebook səhifəmizdə