“Xalq kompyuteri” layihəsi genişləndiriləcək

“Xalq kompyuteri” layihəsi genişləndiriləcək
"Hər ailə üçün kompyuter" şüarı altında həyata keçirilən
"Xalq kompyuteri" layihəsi çərçivəsində indiyə kimi 15 minə yaxın ümumtəhsil və ali məktəb müəllimi, tələbə və şagird güzəştli şərtlərlə kompyuter əldə edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, "Xalq kompyuteri" layihəsinin genişlənməsi planlaşdırılır. Layihə genişləndikdən sonra dövlət strukturlarında çalışan digər işçilərin də güzəştli şərtlərlə kompyuter əldə etməsi mümkün olacaq". Qeyd edək ki, "Xalq kompyuteri" layihəsi çərçivəsində kompyuter alanlar güzəştli şərtlərlə kompyuteri 12 ay müddətində götürə bilirlər. Həm Bakıda, həm də regionlarda ayihə çərçivəsində alınan kompyuterlərə bütün zəruri proqramlar yüklənir.
.

Bütün xəbərlər Facebook səhifəmizdə