ABŞ-ın dövlət katibi Hillari Klinton siyasətdən gedir

ABŞ-ın dövlət katibi Hillari Klinton siyasətdən gedir

ABŞ dövlət katibi Hillari Klinton Barak Obamanın mövcud prezidentlik müddətinin başa çatmasından sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.

SİA-nın xəbərinə görə, H. Klinton "Associated Press" agentliyinə müsahibəsində bildirib ki, bundan sonra hökumət strukturlarında çalışmaq istəmir. B. Obamanın gələcək karyerasından danışan dövlət katibi hesab edir ki, prezident 2012-ci ildə keçiriləcək seçkilərdə də qalib gələcək.

64 yaşlı H. Klinton daha əvvəl B. Obamanın ikinci dəfə seçiləcəyi təqdirdə öz postunda qala biləcəyini söyləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə