Azərbaycanda rəsmi səfərdə olan Avstriyanın Federal Prezidenti Haynts Fişer çərşənbə günü Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
SİA-nın məlumatına görə, ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üstünə tər güllər düzüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB