Azərbaycan müdafiə xərclərini təxminən 2 faiz artırmağı planlaşdırır

Azərbaycan müdafiə xərclərini təxminən 2 faiz artırmağı planlaşdırır

Azərbaycanın gələnilki dövlət və icmal büdcəsinin layihəsində müdafiə xərclərinin 1,9 faiz artırılması nəzərdə tutulub. Maliyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, 2012-ci il dövlət büdcəsinin layihəsində müdafiə xərcləri dövlət büdcəsi xərclərinin 14,8 faizini təşkil edəcək.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılması xərcləri dövlət büdcəsinin 5,6 faizini təşkil edəcək. Gələn ilin dövlət büdcəsində məhkəmə sisteminin saxlanılması xərcləri üçün 44,3 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2011-ci illə müqayisədə 1 milyon manat, yaxud 2,3 faiz çoxdur.

Eyni zamanda, gələn ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılması xərcləri bölməsi üçün müvafiq investisiya layihələri üçün vəsait nəzərdə tutulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə