Azərbaycanda növbəti zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, yeraltı təkanlar oktyabrın 11-də yerli vaxtla 19.40-da Qaxdan 6 km qərbdə qeydə alınıb.
Zəlzələ 12 ballıq cədvəl üzrə episentrdə 3.1 bal, Qax rayonu ərazisində 3 bala qədər hiss olunub. İnsan itkisi və tikililərdə dağıntı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB