Azərbaycan abunəçiləri üçün yeni rouminq imkanları açılır

Azərbaycan abunəçiləri üçün yeni rouminq imkanları açılır

Vodafon Qrup (Vodafone) və 320 milyon istifadəçiyə malik Asiya qitəsinin ən böyük mobil operatorlar şəbəkəsi olan Conexus Mobile Alliance şirkəti (Conexus) strateji tərəfdaşlığı yaradacaqlarını elan ediblər. SİA-nın xəbərinə görə, bu tərəfdaşlığa əsasən Vodafon Asiyanın 10 ölkəsini əhatə edən Conexus şirkətinin üzvü olan bir çox mobil operatorlarla işləyəcək, bu da, Vodafon şirkətinin Asiya bazarında iştirakını əhəmiyyətli dərəcədə artırmış olacaq.

Bu tərəfdaşlığın Azərbaycan abunəçiləri üçün faydasından danışan Azerfon şirkətinin Baş İcraçı Direktoru Yurgen Pitz qeyd edib ki, Azərbaycanda ən sürətlə inkişaf edən və innovativ mobil operator kimi Azerfon Vodafon ilə hazırkı tərəfdaşlığından abunəçilərimizin faydası üçün maksimum dərəcədə istifadə etməyə çalışır: "Azərbaycanda ilk dəfə olaraq biz Azerfon-Vodafon ticarət nişanı altında 3G xidmətlərini təqdim etdik. Conexus və Vodafon arasında əldə olunan yeni tərəfdaşlıq Azerfonun dünya ölkələri üzrə rouminq şəbəkəsəni genişləndirməklə bizim abunəçilər üçün yeni imkanlar yaradır. Son iki il ərzində biz istifadəçilərimizin Asiya ölkələrində rouminq xidmətlərindən istifadəsində artım müşahidə etmişik, və bu yeni tərəfdaşlıq Azerfon-Vodafon abunəçiləri üçün Asiya qitəsində bizim mövcud rouminq şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi deməkdir."

Vodafon şirkətinin Tərəfdaş Bazarlar Qrupunun Baş İcraçı Direktoru Pol-Gerhard Ityeşorst qeyd edib ki, bundan sonra Azerfon abunəçiləri Asiya qitəsinin Yaponiya, Honkonq, Sinqapur, Tailand, Tayvan və Filippin kimi ölkələrində rouminq xidmətlərindən daha geniş formada istifadə edə biləcəklər: "Vodafon Azərbaycanda ilk dəfə 3G xidmətlərini təqdim edən Azerfon mobil operatorunun inkişafını dəstəkləyir və buna misal olaraq, rouminq xidmətlərimizdəki yeniliklər Azərbaycan abunəçilərinin də faydalanacağını qeyd edə bilərik".

Tədricən Vodafonun Conexus şirkəti ilə olan razılaşması FarEasTone (Tayvan), Hutchison Telecom (Honkonq), NTT DOCOMO (Yaponiya), SMART (Filippin), StarHub (Sinqapur) və TrueMove (Tayland) kimi mobil operatorlarla tərəfdaşlığı da ehtiva edəcəkdir. Bu sövdələşmə Vodafonun Tərəfdaşlar Qrupuna daxil operatorların, o cümlədən Azerfon-Vodafon mobile operatorunun istifadəçilərinin daha geniş rouminq şəbəkəsi və ən sərfəli rouminq tarifləri ilə təmin olunmasına kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə