İranın bir qrup kütləvi informasiya vasitəsi dahi Azərbaycan şairi Nizami Gəncəvini fars şairi kimi qələmə verir. Uzun illərdir ki, İran istər rəsmi, istərsə də elmi səviyyələrdə dahi Nizami Gəncəvinin farslara aid olduğu qənaətindədir. İranın "Fars xəbər agentliyi" və "Tehran times" kimi informasiya vasitələri də Nizami haqqında yazdıqları məlumatlarda Nizami Gəncəvini Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaradaraq, orada vəfat etdiyini, mavzoleyinin orada yerləşdiyini yazsa da, Gəncəvini İran şairi kimi təqdim edib. Bununla yanaşı İnternetdə ən məhşur sosial şəbəkə sayılan, bütün dünyada 400 milyon aktiv istifadəçisi olan Facebookda Nizami Gəncəvi fars şairi kimi təqdim edilir.
Facebookda yaradılan "Fars şairi Nizami Gəncəvi" səhifəsində onun atasının İranın mərkəzindəki Qum şəhərində anadan olduğu, sonradan Gəncəyə köçdüyü, Nizaminin də orada dünyaya gəldiyi iddia edilir. Həmçinin iddia edilir ki, Nizaminin anası "irandilli qrupun nümayəndəsi" - kürddür.İranın mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni isə məsələyə bir qədər fərqli münasibət bildirdi. Nazir bildirdiki , Nizami Gəncəvi bütün dünyanın şairidir, böyük şəxsiyyətləri hansısa sərhədlərlə məhdudlaşdırmaq düzgün deyil. Necə ki, Sədi Şirazi, Hafiz ümumbəşəri şair sayılırlar. Onları bir coğrafi məkanla məhdudlaşdırmaq düzgün olmaz. Azərbaycanın və Gəncənin fəxri olan Nizami Gəncəvi də təkcə Azərbaycanın yox, bütün dünyanın şairidir və hamı onun gözəl mənəvi xəzinələrindən istifadə etməlidir\". Nizami irsini araşdıran alim Əlyar Səfərli isə deyilənləri absurd sayaraq bildirir ki, Nizami Gəncəvi adı, onun ölməz irsi həmişə Azərbaycana məxsus olub, dahi şairi dünya sivilizasiyasına Azərbaycan xalqı bəxş edib". Nizaminin farsca yazması yalnız dövrün tələbləri, ədəbi qaydaları ilə bağlı olub."Nizami Gəncəvinin bütün əsərlərində türk əsilli olması ilə bağlı kifayət qədər dəlil- subut var. Onun öz əsərlərində türk əsilli Fateh İsgəndərin, türk qızı Nüşabənin, əməkci türk oğlu Fərhadın obrazlarını yaratmaqla elə özünün bir türk oğlu kimi türklərlə daim qürur duyduğunu bildirir. Hətta Nizami türkcülük ideyalarını əsas götürərək özündən avvəl yaşamış Firdovsiyə onun Şahnaməsinə qarşı cıxıb".Azərbaycanın Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev isə İranın mətbuat orqanlarına yol tapıb yayılan yanlış məlumatlara qarşı qəti etirazını bildirir: "Bütün tarixi, ədəbi məxəzlərin, dünya ictimaiyyətinin, nizamişünaslıq elminin təkzibolunmaz dəlillərinə əsasən Nizami Gəncəvinin İran şairi deyil, Azərbaycan şairi olduğunu, Azərbaycanın qədim şəhəri Gəncədə doğulub yaşadığını, orada əbədiyyətə qovuşduğunu bəyan edir. Biz rəsmi olaraq Iranın aidiyyatı qrumlarına etirazımızı bildirdik, onlar isə bizdən üzür istədilər. Hesab edirəm ki, bu məsələ bunulada sonacatacaq".
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB