Yunus Oğuz: “XXI əsr həm də sosial şəbəkələr jurnalistikası əsri olacaq”

Yunus Oğuz: “XXI əsr həm də sosial şəbəkələr jurnalistikası əsri olacaq”

"Ənənəvi jurnalistika ilə yeni sosial jurnalistikanın hər birinin öz yeri var. Ənənəvi jurnalistika dedikdə təbii ki, peşəkar jurnalistikadan söhbət gedir". Bu barədə SİA-ya açıqlamasında "Olaylar" qəzetinin baş redaktoru və eyni adlı informasiya agentliyinin baş direktoru Yunus Oğuz deyib. O bildirib ki, təhsil və peşəkar jurnalistikaya nə daxildirsə, hamısını peşəkar jurnalistikaya şamil etmək olar.

"Sosial jurnalistika dedikdə isə insan özü sosial şəbəkədə-"Facebook" da və ya başqa bir yerdə kiminləsə yazışırsa, artıq bu da sosial jurnalistikaya aid olur. İnsanlar bu sosial jurnalistika vasitəsilə həm özlərinin biliklərini, həm də informasiya mübadilələri edirlər. Görünür XXI əsr həm də sosial şəbəkələr jurnalistikası əsri olacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə