Elçin Mirzəbəyli: “Əldə etdiyimiz nailiyyətləri dünyaya açıqlamalıyıq”
"Son illər Azərbaycan genişmiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu həm sosial, həm mədəni, həm də iqtisadi inkişafının göstəricisi kimi dəyərləndirilməlidir". Bu barədə SİA-ya açıqlamasında Bakı Beynəlxaq Humanitar Forumun Azərbaycanda keçirilməsini qiymətləndirən "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu baxımdan Bakıda keçirilən Beynəlxalq Humanitar Forumunda çox mühüm əhəmiyyəti var. Onun sözlərinə görə, həm mədəniyyətlərarası dialoqun inkşafı, həm Azərbaycanın tanıdılması, həm də azərbaycanlıların düşüncəsi, təfəkkürünün dünyaya tanıdılması baxımından çox əhəmiyyətli bir hadisədir: "Bu baxımdan tolerantlığın beşiyi olan bir ölkə kimi əldə etdiyimiz nailiyyətləri də dünyaya açıqlamalıyıq. Mən belə hesab edirəm ki, Bakı Humanitar Forumu da bu istiqamətdə ciddi addımların atılmasına yardım göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB