Rayonda turistlərin sayı çoxaldığından artıq 3 turizm marşrutu fəaliyyət göstərir. SİA-nın Qarabağ üzrə bölgə müxbirinə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Hacıyevin verdiyi məlumata görə, ötən il rayona təxminən 10 minə yaxın turist gəlsə də 2011-ci ildə bu rəqəm 14 minə qədər artıb.
Onun sözlərinə görə, artımın səbəbi yeni turist marşrutlarının fəaliyyət göstərməsidir: "Bu il qonaqlara 3 marşrut xidmət edir. Onlardan biri Goranboy Ağcakənd, digəri Goranboy - Qızılhacılı – Naftalan - Ağcakənd, başqa biri isə Goranboy - Rəhimli, Dəliməmmədli - Şadılı marşrutudur.
Qeyd edək ki , rayonda biri respublika, 112-si yerli əhəmiyyətli olmaqla 113 tarixi abidə var.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB