Samuxda müstəqilliyimizin 20 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və rayon ziyalıları iştirak edib. Bildirilib ki, ölkəmiz ikinci dəfə müstəqilliyini yenidən bərpa etdikdən sonra xalq onu qoruyub saxlamağı bacarıb. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin geniş xidmətləri əvəzsizdir. Yenidən qurulan bir dövlətin tanınması, iqtisadiyyatının inkişafı istiqamətində ulu öndərin uzaqgörən daxili və xarici siyasəti öz nəticələrini verib. Məhz çəkilən zəhmətin, aparılan uğurlu siyasətin bariz nümunəsi olaraq bu gün Azərbaycan Qafqazın lider dövlətidir. Artıq Azərbaycan dövləti yeni inkişaf mərhələsini yaşayır. Burada dahi siyasi xadimin layiqli davamçısı İlham Əliyevin də müstəsna xidmətləri var. İndi nəinki Bakı, hətta ucqar rayon və kəndlərdə belə sözügedən inkişaf hiss olunur.
Təbirdə Yeni Azərbaycan Partiyasına üzv olan bir qrup rayon sakininə üzvlük vəsiqələri təqdim edilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB