Goranboyda işsizlərin sayı artıb

Goranboyda işsizlərin sayı artıb

Əmək Məcəlləsinə edilən dəyişiklikdən sonra Goranboy rayonunda mədəniyyət sahəsində çalışan 12 nəfər təqaüdə göndərilib. SİA-nın Qarabağ üzrə bölgə müxbirinə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Hacıyevin verdiyi məlumata görə, rayonda yaşı 65-dən yuxarı olan 13 mədəniyyət işçisindən yalnız biri ilə əmək müqaviləsinin vaxtı uzadılıb, digərləri isə təqaüdə göndərilib. Ümumilikdə rayonda 711 mədəniyyət işçisi çalışır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə