AzərTAc ilə Litvanın ELTA informasiya agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb

AzərTAc ilə Litvanın ELTA informasiya agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb
Bu gün Bakı Beynəlxalq Humanitar Forumunun "Sosial jurnalistika və yüksək texnologiyalar" panel iclası çərçivəsində əməkdaşlıq haqqında sazişin imzalanması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, saziş Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc ilə Litvanın ELTA informasiya agentliyi arasında imzalanıb. Sənədə AzərTAc-ın baş direktoru Aslan Aslanov və ELTA-nın baş direktoru Qrajina Ramanauskayte-Tiumeneviyene imza atıblar. Saziş iki agentlik arasında məlumatların daha yaxşı ötürülməsini təmin etmək, mütəmadi informasiya və fotomaterialların, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə