Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində elmlərin konvergensiyası müzakirə olunub - TƏDBİR

Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində elmlərin konvergensiyası müzakirə olunub - TƏDBİR

Bu gün Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Elmlərin konvergensiyasi" mövzusunda panelin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Elmlərin və texnologiyaların konvergensiyası - yeni texnoloji sistemin əsasıdır". "Elmlərin konvergensiaysından konvergent texnologiyalara doğru" və "Elmlərin konverensiyasının sosiohumanitar aspektləri"nə dair müzakirələr aparılıb. 3 əsas mövzu ətrafında moderatorlar Mixail Kovalçuk, Oleq Naraykin və Mahmud Kərimov öz fikirlərini bildiriblər. Onlar müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə ediblər.

AMEA-nın prezidenti Mahmud Kərimov belə bir beynəlxalq forumun Bakıda keçirilməsini yüksək qiymətləndirib və gələcək inkişafa öz töhfələrini verəcəyini deyib. Tədbirdə bir çox xarici qonaqların iştirak etdiyini deyən M.Kərimov onlarla müxtəlif mövzularda müzakirələrin davam etdiyini, qarşılıqlı fikir mübadiləsinin aparıldığını deyib: "Bu gün elmlərin konvergensiyası ən aktual məsələlərdən biridir. Elmlərin bir-biri ilə inteqrasiyası yeni imkanlar yaradır. Bu barədə də forum çərçivəsində çıxışlar olub. Çıxışlar elmin ən müasir məsələrinə həsr olunub. Bugünki seksiyanın işi çox maraqlı və əhəmiyyətli oldu. İclasın sonun da Bakı bəyannaməsi qəbul olunacaq ki, bunun da layihəsi artıq hazırlanıb. Belə bir tədbilərin keçirilməsi müxtəlif mədəniyyətlərin yaxınlaşmasına və digər məsələlərə öz təkanını verəcək. Bu və ya digər məsələlər də bəyannamə də öz əksini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə