Viktor Sadovniçi: “İndi sürətlə inkişaf edən Bakı hər dəfə yeni və başqa bir şəhər təsiri bağışlayır”
"Forum iştirakçılarının ümumi fikri budur ki, indi sürətlə inkişaf edən Bakı hər dəfə yeni və başqa bir şəhər təsiri bağışlayır. Bu çox yaxşıdır ki, belə bir şəhərlə, onun memarlıq üslubu və mədəniyyəti ilə tanış olursan". SİA-nın verdiyi məlumata görə, bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi deyib.
Rektor qeyd edib ki, Bakı birmənalı şəkildə cəzbedici bir mərkəzə çevrilib. Bu şəhər məna etibarı ilə də gözəl bir məkandır, çünki o müxtəlif mədəniyyətləri - Şərqlə Qərbi birləşdirir. Odur ki, Forumun uğurlu olacağına əminəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB