Tomas Kent: \"Jurnalistlər unutmamalıdır ki, onlar şəffaf, etik standartlara riayət edən bir şəxs olmalıdır\" - MÖVQE
Ənənəvi media yeni sosial mediadan bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Bir vaxtlar tədbirlər, dünyada baş verən hadisələr haqqında məlumat almaq üçün televizora baxılırdısa, indi bunları sosial şəbəkələrdən əldə olunur. SİA-nın xəbərinə görə, bu barədə Bakı Beynəlxalq Humanitar Forumunun Sosial Jurnalistika və Yüksək Texnologiyalar mövzusunda bölmə iclasında "Associated Press"in (Assoşieyted Press) müdir müavini Tomas Kent məlumat verib. O bildirib ki, ənənəvi medianın öz rolu, müəyyən istiqamətləri var.
"Xəbərlər baxımından sosial şəbəkələrin rolu fərqlənir. Ən böyük təhlükə isə ikisi arasında fərqin itirilməsidir. Real üstünlük isə hər birinin denya oxucularına xidmət göstərməsidir. Ənənəvi mediada hər şey dəqiqləşəndən, rəsmi fikir alındıqdan sonra xcəbərlər yayımlanır. Sosial şəbəklərdə isə hər hansı bir xəbər rəsmi fikir alınmadan yerləşdirilir. Bu gün bəzi bloggerlər də özlərini jurnalist kimi qələmə verir. ənənəvi müdia müəyyən normalara, standartlara riayət olunur. Jurnalistlər unutmamalıdır ki, onlar şəffaf, etik standartlara riayət edən bir şəxs olmalıdır", - deyə o əlavə edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB