Bu il 4 milyon kvadrat metrə yaxın ərazi minasızlaşdırılıb

Bu il 4 milyon kvadrat metrə yaxın ərazi minasızlaşdırılıb
2011-ci ilin sentyabr ayı ərzində 3, 988, 948 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-dan SİA-ya verilən məlumata görə, 726 PHS və 6 ədəd tank/2 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib: "Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 173, 652, 942 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 663, 873-dur.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcəbədi, Bərdə, Füzuli, Goranboy, Göygöl, Qazax, Şəmkir, Tərtər, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə