İTAR-TASS agentliyinin baş direktoru sosial jurnalistikadan danışdı
"XXI əsrdə hər kəsin peşəkar
fəaliyyət göstərməsi üçün yaxşı şərait olmalıdır. Hər bir sənət sahibinin peşəkar
olması vacibdir". SİA-nın xəbərinə görə, bunu Bakı Beynəlxalq Humanitar
Forumunun Sosial Jurnalistika və Yüksək
Texnologiyalar mövzusunda bölmə iclasında İTAR-TASS agentliyinin baş direktoru
Vitali İqnatenko deyib. O bildirib ki, jurnalistikanın yeni forması olan sosial
jurnalistika inkişaf etməkdədir. Onun sözlərinə görə, sosial jurnalistika bir
çox sahələrin inkişafına da öz təsirini göstərir, yeni platforma yaradır. Ənənəvi
media ilə yeni sosial medianın bir-birindən fərqləndiyini deyən V.İqnatenko
vurğulayıb ki, bunları ayırmaq lazımdır. Onun sözlərinə görə, bu istiqmətdə
bir sıra ciddi addımlar atılmalıdır: "Sosial şəbəkələr cəmiyyət həyatının bütün
səviyyələrinə təsir göstərirlər. Son illər geniş yayılmış sosial jurnalistika cəmiyyətin müxtəlif
təbəqələrindən olan adamlar arasında fikir mübadiləsi üçün platforma yaradır\"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB