Duzun tərkibi ilə bağlı problemlər yenə gündəmdədir. Respublika Gigiyena ve Epidemiologiya Mərkəzi satışda olan məişət duzlarının yodlaşdırılması, təmizlənməsi və emalının normalara uyğunluğunu yoxlamaq məqsədi ilə monitorinqə başlayıb. Qurumun gigiyena bölməsinin müdiri İmran Abdullayevin SİA-ya verdiyi məlumata görə, monitorinq Bakı şəhərini və respublikanın bütün rayonlarını əhatə edir: "Satışda hələ də kustar üsullarla hazırlanan duzlar var. Bu duzlar ticarət müəssisələrinə daxil olarkən məhsulun gigiyenik və uyğunluq sertifikatları, qaimələr tələb olunmur. Bəzən də məhsulunu digər bir istehsalçının duzuna verilmiş gigiyenik sertifikatlarla satır. Bu da öz növbəsində keyfiyyətsiz məhsulub bazara yol açmasına şərait yaradır.
Keçirilən monitorinq zaman bu kimi hallar aşkarlanarsa, nöqsanlara yol verənlərə qarşı inzibati qaydada tədbirlər görüləcək".
Keçirilən monitorinq zaman bu kimi hallar aşkarlanarsa, nöqsanlara yol verənlərə qarşı inzibati qaydada tədbirlər görüləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB