"NUR" Uşaq və Gənclərin İctimai Birliyi, MTV Staying Alive Fondu və Azərbaycan Gənclərinin AİDS-lə Mübarizə Koalisiyası tərəfindən həyata keçirilən "Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara" adlı Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi çərçivəsində "AİDS-dən uzaq olaq" adlı Qırmızı Lent Yeriş Marafonu keçirilib. İctimai Birliyin sədr müavini Fidan Kərimlinin SİA-ya verdiyi xəbərə görə, Bakı şəhərində Milli Dənizkənarı Parkda 5 km məsafəsində maarifləndirici yeriş marafonu olan bu təşəbbüsün həyata keçirilməsində başlıca məqsəd gənclərə sağlam həyat tərzini aşılamaq və HİV/AİDS barədə məlumatlılıq səviyyəsini artırmaqdır.
Qırmızı Lent Yeriş Marafonu çərçivəsində orta hesabla 2000 nəfər maariflənib. Qırmızı geyimdə olan tədbir iştirakçıları AİDS rəmzi olan qırmızı lent taxmış, uşaqlara qırmızı şarlar paylayıblar. Gənc təlimçilər parkdakı insanlara, yoldan keçənlərə AİDS haqqında əsas vacib informasiyalar vermiş və xüsusilə bu tədbir üçün hazırlanmış 500 ədəd buklet paylayıblar.
Qeyd edək ki, "NUR" UGİB HİV/AİDS-in önlənməsi sahəsində fövqəladə xidmətlərinə görə MTV Staying Alive Fondu tərəfindən 2008-ci ildən etibarən 4 dəfə "STAYING ALIVE AWARD" mükafatı ilə təltif olunub. MTV Staying Alive Fondunun dəstəyi ilə həyata keçirilən "Uşaqların Göy Qurşağı: HİV/AİDS Maarifləndirməsi paytaxtdan regionlara" adlı Həmyaşıddan-həmyaşıda Təhsil layihəsi 2012-ci ilə qədər davam edəcəkdir.
\"NUR\" UGİB-in fəaliyyəti MTV Saying Alive Fondunun rəsmi internet səhifəsində də təqdim olunur. http://foundation.staying-alive.org/en/stories/azerbaijan
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB