Sosial jurnalistika və yüksək texnologiyalar beynəlxalq forum çərçivəsində müzakirə edilib

Sosial jurnalistika və yüksək texnologiyalar beynəlxalq forum çərçivəsində müzakirə edilib

XXI əsrin sosial sifarişlərindən biri də sosial jurnalistikada yüksək texnologiyaların tətbiq edilməsidir. SİA-nın xəbərinə görə, bu barədə Bakıda keçirilən Bakı Beynəlxalq Humanitar Forumun Sosial Jurnalistika və Yüksək Texnologiyalar mövzusunda bölmə iclasında \"AzərTac"-ın baş direktoru Aslan Aslanov deyib. O bildirib ki, XXI əsrdə media ənənəsi jurnalistikada peşə karyerası başlarkən adət etdiyimiz jurnalistikadan kəskin fərqlənir: \"Bu gün bizim qarşımızda belə bir sual durur. Hər birimizin həyatının bir hissəsinə çevrilmiş internet və sosial şəbəkə ilə bağlı media sektorunun gələcəyi necə olacaq? İnformasiya agentliyi tezlikləri bu sektorda özlərinin əsas rolunu saxlaya biləcək, yoxsa könüllü informasiya təsisçiləri okeanında itib-batacaqlar? Müasir qloballaşma ənənəvi medianı dəyişir.Yeni media texnologiyalarının müxtəlifliyi, habelə informasiya istehlakçılarının gündəlik peşə fəaliyyətində bu müxtəliflikdən necə istifadə edilməsi məsələləri əsas müzakirə obyektidir. Müasir dünyada sosial şəbəkələr ənənəvi seçkilərlə yanaşı, cəmiyyətin dövlət siyasətinə fəal müdaxiləsini gücləndirməyə, eyni zamanda cəmiyyəti müxtəlif istiqamətdə səfərbər etməyə malikdir. Beləliklə, biz bəzi regionlarda "Facebook" inqilabı deyilən hadisələrin şahidiyik\".

Qeyd edək ki, Bakı Humanitar Beynəlxalq Forumu çərçivəsində sosial jurnalistika və yüksək texnologiyalar istiqaməti üzrə panelin iclası keçirilib. Paneldə əsas məsələlər müzakirə olunur. Bunlar sosial jurnalistika XXI əsrdə: "Hər bir şəxs jurnalist ola bilərmi?", "Qloballaşan dünyada qlobal media və xəbər istehsalında yüksək texnologiyaların inteqrasiya məsələləri" və "Sosial media və siyasət: inteqrasiya və ya butikləşmə" birinci panelin müzakirəsində əsasən xəbər və surətlə inkişaf edən sosial media arasındakı qarşılıqlı əlaqələr müzakirə olunub. Tədbiri giriş sözü ilə "AzərTacın" baş direktori Aslan Asalanov açıb. Daha sonra isə tədbiri "İTAR-TASS" agentliyinin baş direktori Vitaliy İqnoşenko davam etdirib. Bundan əlavə tədbirdə YUNESKO-nun baş direktorunun informasiya və kommunikasiya məsələləri üzrə müavini Yamis Karklis, Türkiyənin Anadolu xəbər agentliyinin baş direktoru Kamal Öztürk və digərləri mövzu ətrafında öz fikirlərini bildiriblər.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə