Şamaxıda zəlzələ: Pirquluda təkanlar 3 bala qədər hiss edilib

Şamaxıda zəlzələ: Pirquluda təkanlar 3 bala qədər hiss edilib

Azərbaycanda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən SİA-nın verdiyi məlumata görə, Şamaxıda baş verən zəlzələ bu gün saat 07.53-də Pirquludan 16 km simal-qərbdə, 3.40 maqnitidada, 3 km dərinlikdə qeydə alınıb. Yeraltı təkan 12 ballıq cədvəl üzrə episentrdə 3 bal, Pirqulu ərazisində 3 bala qədər hiss edilib.

İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə