9 ayda əhaliyə 39,2 milyon manat müavinət ödənilib

9 ayda əhaliyə 39,2 milyon manat müavinət ödənilib
Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün 1474,7 milyon manat vəsait yönəldib. Qurumun mətbuat xidmətinin rəhbəri Elman Babayevin SİA-ya verdiyi məlumata görə, bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 246,3 milyon manat və ya 20,1 faiz çoxdur: "Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə nisbətən 20,2 faiz və ya 241,6 miylon manat artaraq 1435,5 milyon manata çatıb. Cari ilin 9 ayı ərzində əhaliyə 39,2 milyon manat məbləğində müavinət ödənilib".

Bütün xəbərlər Facebook səhifəmizdə