Sergey Narışkin: “I Beynəlxalq Humanitar Forum unikal hadisədir”

Sergey Narışkin: “I Beynəlxalq Humanitar Forum unikal hadisədir”
Bakıya səfərim çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə bildiyim üçün şadam. Azərbaycanla Rusiya arasında əməkdaşlıq bütün istiqamətlərdə artmağa doğru möhkəmlənir. Bunu Bakıda işgüzar səfərdə olan Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin deyib.
SİA-nın məlumatına görə, səfər təəssüratlarından danışan. S. Narışkin bildirib ki, ölkə başçısı İ. Əliyevlə keçirilən görüş təsdiq edir ki, ölkələrimiz arasında əməkdaşlıq bütün istiqamətlərdə inkişaf etməkdədir: "Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən ikigünlük Bakı Beynəlxalq Humanitar I Beynəlxalq Humanitar Forum unikal hadisədir. Rusiya ilə Azərbaycanın əməkdaşlığı nəticəsində həyata keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konsessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ən geniş müzakirə dairəsidir".
S. Narışkin bu il iki ölkə arasında mal dövriyyəsinin böhrandan əvvəlki səviyyəsini praktiki olaraq bərpa edəcəyi haqda da məlumat verib.
Qeyd edək ki, beynəlxalq forumda dünyanın elmi elitası, 6 sabiq prezident, tanınmış ekspertlər iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə