Qəbələ və Şəkini ziyarət etdikdən sonra, Berlin Humboldt Universitetinin tələbələri Şəkinin Kiş kəndindən Göy-Göl rayonuna yola düşüblər. SİA-nın xəbərinə görə, burada onları ilk olaraq rayonun İcra Hakimiyyətinin başçısı Arif Seyidov qəbul edib. Görüşdən sonra qonaqlar Göy-Göldə yerləşən Helenendorf qəsəbəsinin tarixi ilə tanış olub, XIX əsrdə almanlar tərəfindən tikilən şərab zavodu, alman Viktor Kleynin ev muzeyi və diyarşünaslıq muzeyini ziyarət ediblər.
Gənclər və İdman naziri Azad Rəhimovun dəvəti ilə baş tutan səfərin növbəti dayanacağı Gəncə şəhəri olub. Burada onlar Gəncə şəhərinin Tarixi muzeyi və Nizami məqbərəsini ziyarət edib, şəhərin baxımlı, qədim və yeni tikililər ilə tanış olublar.
Sonra Bakıya qayıdan qonaqlar Qobustan qayalarına da ekskursiya ediblər. Bu gün qonaqlar Qala qəsəbəsində yerləşən Arxeoloji-Etnografiya Muzey Kompleksinə yola düşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB